Məşşa, İşraq, Hikməti-Mütaliə

Document Type : Original Research Paper

Author

Abstract

İslam dininin yaranması ilə müsəlmanlar arasında fəlsəfi fikir də formalaşmağa başlamışdır. Quran-Kərim öz ilahi dəvətində insanları əqli dəlillər vasitəsilə metafizikaya, Allaha, mələklərə və Axirət gününə inanmağa çağırırdı. Lakin fəlsəfə müsəlmanlar arasında xüsusi bir elm kimi VIII əsrdən etibarən geniş yayılmağa başladı. Bu, bir tərəfdən müsəlmanlar arasında ilahiyyat məsələləri ilə bağlı ciddi ixtilafların yaranması, digər tərəfdən isə Abbasi xəlifələrinin yunan, hind və iran fəlsəfə kitablarını ərəb dilinə tərcümə etdirərək yayması ilə əlaqədardır. Ən erkən mərhələlərdən etibarən İslam alimləri bütün əqli elmləri fəlsəfə adı altında birləşdirmişdilər. Onlar tarix, ədəbiyyat, dilçilik, təfsir, hədis, üsul və fiqh kimi nəqli elmlərdən fərqli olaraq, ilahiyyat, riyaziyyat, həndəsə, astronomiya və musiqi kimi bütün əqli elmləri fəlsəfənin tərkib hissəsi hesab etmişlər.

Keywords


Səidi Mehr, Məhəmməd. *İslam Kəlam Elmi (1 və 2-ci cildlər). *Qum: Müəssisə-i Təhqiquat-i Fərəngi-i Təbatəba, 2001.
Misbah Yəzdi, Məhəmməd Təqi. *İslam Əqidə Prinsipləri (1 və 2-ci cildlər). *Tehran: Şirkət-i Çap və Nəşr-i Beynəlmilləl, 2003.
Mütəhhəri, Mürtəza. İslam Elmlərilə Tanışlıq. Tehran: Sadra Nəşriyyat, 2001.
Fəxrəddin ər-Razi. Əl-Məbahis əl-Məşriqiyyə. (Məşşai fəlsəfəsinə dair mühüm əsər)
Corc Tarabishi. Mifolojiya al-ʻaql: Dirāsah naqdīyah li-naẓārīyat al-ʻaql ʻinda Ibn Khaldūn. Beirut: Dār al-Ṣaqī, 2017.
Hüseyn Nasr, Seyid. İslam Fəlsəfəsi Tarixi. Tərcümə: Hüseyn Qurbani. Tehran: Hikmət, 2015.
Adamson, Peter. Philosophy in the Islamic World: A Very Short Introduction. Oxford University Press, 2015.
Leaman, Oliver. An Introduction to Classical Islamic Philosophy. Cambridge University Press, 2002.
Copleston, Frederick. *A History of Philosophy (Vol. 1-9). *Image Books, 1993-1994. (Xüsusilə 1, 2 və 3-cü cildlər Yunan və Orta Əsr Fəlsəfəsi üçün)
Kenny, Anthony. A New History of Western Philosophy. Oxford University Press, 2010.