İmam Baqirin (ə) Tarixi

Document Type : Original Research Paper

Author

Abstract

İmam Baqir (ə) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.  Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbləri Baqir Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.
 Həzrətin imamət dövrü, bəni-Üməyyə xəlifələrinin təzyiqlərinin artdığı, başqa bir tərəfdən müsəlmanlar arasında ixtilaflar, fiqhi və kəlami qiyamların, cərəyanların formalaşdığı bir dövrə təsadüf edir.

Keywords


Qurani-kərim
Nəhcül-bəlağə
Əqidə prinsipləri, Misbah Yəzdi (əsas qaynaq)
Amoli, Cavadi, Təsnim, Qum, 1396
Təbatəbayi, Məhəmmədhüseyn, Qum, əl-Mizan, 1389
Qürbül-isnad, Abdullah ibn Cəfər Himyəri Qummi, tədqiq: Alül-beyt müəssisəsi, Qum, Alül-beyt müəssisəsi, 1413 hicri-qəməri, birinci çap.
Əl-Kafi, Məhəmməd ibnYəqub Kuleyni Razi, tədqiq: Əli Əkbər Qəffari, Beyrut, Darüs-səb və Darüt-təarüf, 1401 hicri-qəməri, dördüncü çap.
“Əl-Burhan fi-ulumil-Quran”, Beyrut, 1998
Biharül-ənvar, Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi (Əllamə Məclisi), Beyrut, Vəfa müəssisəsi, 1403 hicri-qəməri, ikinci çap