Məhəbbət və Nifrət

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsində Tədqiqatçı, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.

Abstract

Əxlaq elmində şəhvət və qəzəb kimi təbir olunan məhəbbət və nifrət fəzilətləri kəsb edib, rəzilətləri rədd etmək üçün ən əhəmiyyətli düşüncə, xüsusiyyətdir. İnsan bir şeyi sevməyincə ona tərəf hərəkət etməz və bir şeyə nifrət bəsləməyincə ondan uzaqlaşmaz. İmam Sadiq(ə) buyurduğu kimi, hər kim özünün xeyir əməlindən xoşhallanıb, pis əməlindən narahat olarsa, o, həqiqətən, mömindir. Qısaca desək, məhəbbət və nifrət, dostluq və düşmənçilik, razılıq və narazılıq-bütün bunlar hamısı insan həyatının əsasını təşkil edir. Bu duyğularsız həyat mənasız olub öz sevgi və təravətini itirir. İnsan şəxsiyyəti bu duyğuların əsasında formalaşır. Sədrül-mütəəllihinin təbiri ilə desək, insanları bir-birindən fərqləndirən məhz bu xüsusiyyətlərdir. Bəziləri elə təsəvvür edirlər ki, yaxşılıqları və pislikləri müəyyənləşdirmək insanların təkamül və inkişaf etməsinə səbəb olur. Və yaxud əksinə, cəhalət və savadsızlıq mənəvi süqut və passivliyə gətirib çıxarır, lakin bu, yanlışdır, çünki bilik nə qədər faydalı və zəruri olsa da kifayət etmir, ona görə ki, istək və iradəsiz xasiyyət yaranmır. Çox alimlər vardır ki, alkaqollu içkilərin və siqaretin zərərləri barədə kitablar yazmış, lakin eyni zamanda da özləri bu kimi şeylərə aludə olmuşlar. Əbəs yerə deməmişlər ki, həyat əqidə və mübarizədən ibarətdir.

Keywords


  1. Qurani-kərim

    1. Mütəhhəri, “Əsərlər Məcmuəsi” kitabı, çap 2004

    Misbah Yəzdi, “İslam İrfanı axtarışında”, çap 2006

    Məhəmməd ibn Munəvvər, “Əsrarut-Tövhid fi Məqamatiş-Şeyx Əbi Səid”, çap 1984

    Amidi, Təmimi, Əbdül-vahid, Dürərul-Hikəm, Tehran: 1984

    Amuli, Hürr, Məhəmməd ibn Həsən, Vəsailüş-Şiə, Qum: 1974

    Cəfəri, Yəqub, Nəhcül-Bəlağənin Tarixi Baxışı, Tehran: 1996

    Cəfəri, Məhəmməd Təqi, Nəhcül-Bəlağənin tərcümə və təfsiri, Qum: 1999

    Cordaq, Corc, Nəhcül-Bəlağənın gözəlliklərindən bir hissə, Beyrut: 2001

    Cövhəri, İsmayıl ibn Həmmad, Sihahül-Lüğət, Qahirə: 1997

    Ədibi, Hüseyn, İctimai təbəqələr sosiologiyası

    Ənsari, Məhəmməd Əli, Ğurərul-Hikəm və Durərul-Kəilim

    Payəndə, Əbul-Qasim, “Nəhcul-fəsahə”, Tehran:  Dünyayi daniş nəşriyyatı1382

    Firuzabadi, Məhəmməd ibn Yqub, Qamusül-mühit

    Xansari, Ağa Cəmaləddin, Ğurərül-Hikəm”in şərhi

    Gilani, Əbdür-rəzzaq, Misbahuş-Şəriənin şərhi, Tehran: 2003

    Həkim, Seyid Məhəmməd Təqi, Əli (ə) kəlamlarından ilham

    İbn Babəveyh, Səduq, Xisal, Qum: 1992

    İbn Meysəm, İxtiyaru-Misbahis-Salikin