İslamda İnsan Həyatının Dəyəri

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsində Tədqiqatçı, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.

Abstract

Həyat və yaşam haqqı, hüququn əsasını təşkil edən və bu mövzuda heç bir müzakirəni qəbul etməyən,  hər bir insanın əsaslı hüquqlarındandır. Yaşam hüququ, mənfi və müsbət olmaqla iki xüsusiyyətə malikdir. İslam dini baxımından insan həyatı müqəddəs və toxunulmazdır. Müsəlman həm öz həyatını, həm də digər insanların həyatını uca dəyər kimi qəbul etməlidir. Heç bir qanuni əsas olmadan insanı həyatdan məhrum etmək bütün bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir. Son illər Qərb ictimai şüurunda İslamın terrorla eyniləşdirilməsi, intiharçıların cənnətə çatmaq məqsədi ilə bu əməlləri törətdikləri barədə yanlış təsəvvürlər formalaşdırılır. Kütləvi informasiya vasitələri "cihad", "şəhid" və digər İslam terminlərini təhrif olunmuş mənada təqdim edir, bu anlayışların həqiqi mahiyyətini izah etmədən terror aktlarını İslamla əlaqələndirir. Halbuki İslam terrorun bütün formalarını qəti şəkildə qadağan edir, dialoq və sülhü təşviq edir, mənəvi dəyərlərin və vətənin müdafiəsinə çağırır.

Keywords


Qurani-Kərim – A. Mehdiyevin tərcüməsi, Bakı, 2009
Şeyx Əhməd Nəraqi, "Məracüs-Səadə" (Səadət Zirvəsində), Bakı, 2012
Ayətullah Seyyid Əbdülhüseyn Dəstğeyb, "Böyük Günahlar" (1-ci cild), Dinin Fəxri Nəşriyyatı, 2000
Ayətullah Cavad Amoli, "İnsanın Dindən İntizarı", M.O.U.
Əliəkbər Babazadə, "İslamda Evlənmə və Ailə Hüququ"
Məhəmmədi Reyşəhri, "Mizanül-Hikmət" (xülasə), Bakı, 2009
Əllamə Misbah Yəzdi, "Quranda Əxlaq", Bakı, 2011
Əbdülhəkim Süleymani, "İslamda İnsan Haqları", M.O.U.
İnternet materialları (müvafiq İslami mənbələr)