Şəhadət: Ölümsüzlük Məqamı: Əxlaqi və Fiqhi Araşdırma

Document Type : Original Research Paper

Author

İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran /

Abstract

Hər bir millətdə və dində məna baxımından bir-birinə yaxın anlayışlar mövcuddur. Doğruluq, elm, fəlsəfə, qəhrəmanlıq, təhsil kimi sözlər müxtəlif mədəniyyətlərdə ortaq məfhumları ifadə edir. Lakin bu kəlmələrin əzəməti, onlara sahib olan şəxslərin məqamı ilə ölçülür. İslam mədəniyyətində "müqəddəs" anlayışı xüsusi yer tutur. Lüğəvi mənası "toxunulmaz" olan bu söz, İslam dünyagörüşündə dərin məzmun kəsb edir. İslamdan azacıq agah olan hər kəs bu kəlmənin insanı öz əhatəsinə alan bir vəziyyət yaratdığını hiss edər. Həmin kəlmə "şəhid"dir.
Şəhidlik anlayışı bütün millətlərdə müqəddəsliyi və əzəməti ilə seçilir. İnsanların çoxu alim, tələbə, filosof ola bilər, lakin şəhidlik hər kəsə nəsib olan bir məqam deyil. İslam nəzərində düzgün əqidəsi və torpağının müdafiəsi yolunda canını qurban verən insan, insanlığın ən uca pilləsinə yüksəlmiş olur.

Keywords


Qurani-Kərim (Ali-İmran, 169; Bəqərə, 255; Muddəssir, 46-47; Səbə, 23; Ğafir, 18; Taha, 109)
Nəhcül-bəlağə – Şərif Rəzi, İmam Əlinin (ə) xütbə, məktub və kəlamları
Səhifeyi-Səccadiyyə – İmam Səccadın (ə) duaları
Biharül-ənvar – Məhəmməd Baqir Məclisi, 110 cilddə şiə hədis məcmuəsi
Vəsailüş-şiə – Şeyx Hurr Amili, şiə fiqhi hədisləri
Üsuli-Kafi – Məhəmməd ibn Yəqub Kuleyni, şiə hədislərinin ən məşhur mənbəyi
Müstədrəkül-Vəsail – Hüseyn Nuri, Vəsailə əlavə hədislər
Cəvahirul-kəlam – Şeyx Məhəmməd Həsən Nəcəfi, şiə fiqhi ensiklopediyası
Təhrirül-vəsilə – İmam Xomeyni, şiə fiqhi hökmləri
Bidayətül-müctəhid – İbn Rüşd, sünni fiqhi müqayisəli
Əl-Ümm – İmam Şafei, şafei məzhəbinin əsas fiqh kitabı
Kifayətül-əxyar – Təqiəddin Həsni, şafei fiqhi
Təfsiri-Nümunə – Ayətullah Nasir Məkarim Şirazi (2018)
Sunəni-ma caə – İbn Məcə, sünni hədis məcmuəsi
Tarixi-Təbəri – Məhəmməd ibn Cərir Təbəri, İslam tarixi
Əl-İrşad – Şeyx Müfid, şiə imamlarının həyatı
Məqatilüt-talibin – Əbül-Fərəc İsfahani, şəhidlərin tarixi
Lühuf – Seyyid ibn Tavus, Kərbəla hadisəsi