Tətbiqi Fəlsəfə və Fenomenologiya

Document Type : Original Research Paper

Author

İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran

Abstract

Tətbiqi fəlsəfə anlayışı XX əsrin əvvəllərində Paul Masson Oursel tərəfindən elmi dövriyyəyə daxil edilmişdir. O, bu anlayışı fəlsəfə tarixi ilə əlaqələndirərək tarixi determinizm və zaman ardıcıllığı çərçivəsində izah edirdi. Lakin fenomenologiyanın meydana çıxması ilə tətbiqi fəlsəfəyə yeni bir yanaşma tərzinin əsası qoyuldu. Bu məqalədə tətbiqi fəlsəfə fenomenologiya kontekstində təhlil edilir, Hüsserl fenomenologiyası ilə Hegelin ruh fenomenologiyası arasındakı fərqlər araşdırılır. Fenomenologiyanın "kəşfül-məhcub" və "təvil" anlayışları ilə əlaqəsi göstərilir. Historisizmin təhlükələri və Hegel fəlsəfi sisteminin çöküş səbəbləri təhlil edilir. Məqalədə həmçinin "mütləq ruh" anlayışının İslam irfanındakı "Ruhul-Qudus" anlayışı ilə müqayisəsi aparılır.

Keywords


Qurani-Kərim – A. Mehdiyevin tərcüməsi, Bakı, 2009
Hüsserl, Edmund, "İdeya: Saf Fenomenologiyaya Giriş"
Hüsserl, Edmund, "Kartezian Meditasiyalar"
Hegel, Georq Vilhelm Fridrix, "Ruh Fenomenologiyası" , 1807
Hegel, Georq Vilhelm Fridrix, "Məntiq Elmi"
Haydegger, Martin, "Varlıq və Zaman"
Masson Oursel, Paul, "Müqayisəli Fəlsəfə" , 1923
Fərabi, "Əl-Mədinətül-Fazilə"
İbn Sina, "Əş-Şifa", (müxtəlif nəşrlər)
Qəzzali, İmam Məhəmməd, **"İhyaü Ulumiddin"