BOŞANMA HADİSƏSİNİN PSİXOSOSİAL VƏ TEOLOJİ TƏHLİLİ

Document Type : Original Research Paper

Author

İran, Qum, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Hikmət və Dini Tədqiqatlar Bölümü

Abstract

Bu məqalə İslam hüququ və psixologiya elmi baxımından boşanma hadisəsini və onun əsas səbəblərini təhlil edir. Tədqiqatın əsas sualı: “İslam mənbələri və psixologiya elmi boşanmanın səbəblərini necə izah edir və bu iki perspektiv bir-birini necə tamamlayır?” Məqalədə Quran ayələri, hədislər, şiə və sünni təfsir mənbələri, habelə müasir psixoloji tədqiqatlar əsas götürülərək, boşanmanın çoxölçülü bir fenomen olduğu sübut olunur. Tədqiqat göstərir ki, İslam boşanmanı icazə verilən, lakin Allah yanında ən çox nifrət edilən halal əməl kimi təqdim edir . Psixoloji perspektivdən isə boşanmanın səbəbləri arasında ünsiyyət problemləri, iqtisadi çətinliklər, xəyanət, ailə müdaxiləsi, zorakılıq, psixoloji hazırlıqsızlıq və gözləntilərin uyğunsuzluğu qeyd edilir. Məqalə həmçinin İslam mənbələrində boşanmanın qarşısını almağa yönəlmiş mənəvi faktorları - təvazökarlıq, yaxşılıq, şükür, səbir, uzaqgörənlik və ümidi təhlil edir . Nəticə olaraq, hər iki sahənin boşanmanın qarşısının alınması və ailə sabitliyinin qorunması üçün inteqrativ yanaşmaya ehtiyac olduğu qənaətinə gəlinir.

Keywords


Qurani-Kərim
An-Natiq: Jurnal Kajian Islam Interdisipliner. Pendekatan Psikologi Perceraian dalam Pengkajian Islam (İslam Tədqiqatlarında Boşanmanın Psixoloji Yanaşması). Indonesia: Kemdiktisaintek, 2024. 
Azərbaycan Universiteti. Nigahın pozulmasının əsas səbəbləri kimi qadının ailədaxili zorakılığa məruz qalması, ailəyə yaxın qohumlar tərəfindən edilən müdaxilə. İpək Yolu Jurnalı, №1, 2015. Bakı: Azərbaycan Universiteti, 2015. 
Research Institute of Hawzeh and University. Conceptual Model of Divorce Determinants in the Quran: A Qualitative Content Analysis. Qum: RIHU, 2024. 
Təbərsi, Əbu Əli Fəzl ibn Həsən. Məcmə’ul-Bəyan fə Təfsiril-Quran (Quran təfsiri, 10 cilddə). Beyrut: Daru İhyait-Turasil-Ərəbi, 1960. (İstifadə olunan cild: 3, səh. 280-290). 
Kuleyni, Məhəmməd ibn Yəqub. Əl-Kafi (Hədis toplusu, 8 cilddə). Tehran: Darul-Kütubil-İslamiyyə, 1367 (Hicri-Şəmsi). (İstifadə olunan cild: 5, “Kitab ət-Təlaq”). 
Kuleyni, Məhəmməd ibn Yəqub. Əl-Kafi (Hədis toplusu, 8 cilddə). Tehran: Darul-Kütubil-İslamiyyə, 1367 (Hicri-Şəmsi). (İstifadə olunan cildlər: 1, 2, 4)
Səduq, Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babaveyh. Əl-İ’tiqadat əl-İmamiyyə (Şiə İmamiyyə inancları). Qum: İntişarat-ı Cəamə Müdərrəsîn - Hovzeyi-İlmiyyə, 1413 (Hicri-Qəməri).
Məclisi, Məhəmməd Baqir. Biharul-Ənvar (Hədis ensiklopediyası, 110 cilddə). Beyrut: Daru İhyait-Turasil-Ərəbi, 1403 (Hicri-Qəməri).