Faculty of Islamic Studies, University of Islamic Studies, Al-Mustafa International Virtual University, Qom, Iran
Abstract
Fəlsəfi məsələlər çox qədimdən araşdırılsa da, müstəqil şəkildə olmamışdır. Fəlsəfi fikirləri bütün elmlərdən ayrı və müstəqil şəkildə öyrənməyi lazım bilən ilk şəxs tanınmış yunan filosofu Aristoteloldu. O, bu sahadə öz nəzəriyyələrini məqalə şəklində yazmağa başlamış, lakin bu elmə heç bir ad qoymamışdı. Sonralar Aristoteldən qalan əsərləri cəm edib ensiklopediya halına gətirdilər. Yuxarıda qeyd etdiyimiz elmi sahə, yə’ni Aristotelin fəlsəfi fikirləri bu kitabda fiziki elmlərdən sonra yer tutdu. Bu elmin xüsusi bir adı olmadığı üçün onu «Metafizika», yə’ni «fiziki elmlərdən sonrakı elm» adlandırdılar. Bu ad həmin elmə ensiklopediyanın tərtibinə əsasən qoyulmuşdu. Tədricən bu məsələ unuduldu və alimlər belə bir qənaətə gəldilər ki, metafizika bu elmin mahiyyətinə əsasən meydana gəlmişdir.