ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ƏSƏRİNDƏ YARADILIŞ FƏLSƏFƏSİ VƏ PROBLEMLƏR

Document Type : Original Research Paper

Author

Faculty of Islamic Studies, University of Islamic Studies, Al-Mustafa International Virtual University, Qom, Iran

Abstract

İslam mədəniyyəti tarixinin korifey alimlərindən sayılan Əllamə Məhəmməd Bağır Məclisinin İslam ilahiyyatşünaslığındakı, xüsusilə də hədis elmindəki müstəsna xidmətlərini öyrənmək və tədqiq etmək müasir dövrümüz üçün mühüm əhəmiyyət kəsb edir. Onun ilahiyyat elmləri, xüsusilə də bu elmlərin əsası olan hədis elmləri sahəsində ensiklopedik xarakter daşıyan “Biharül-ənvar” əsərinin hədisşünaslıq elminin araşdırılması baxımından aktuallıq kəsb etməsi sözü gedən sahə üzrə mütəxəssis olan hər kəsə yaxşı məlumdur. Əllamə Məhəmməd Bağır Məclisi kimi ila­hiy­yat aliminin yetkin bir elmi əsər yazıb ortaya qoy­ması XVII əsrdə Azərbaycan Səfəvilər dövlətinin elm və mədəniyyətə verdiyi yüksək diqqətdən xəbər verir. Bundan başqa Əllamə Məclisi Azərbaycan İs­lam mə­də­niyyəti tarixində Mirzə Abdullah Əfəndi Təbrizi və digər iyirmidən artıq hədis alimlərinin yetişməsində mühüm rolu olmuşdur. Onun özünün yetişməsində isə Ağa Hüseyn Xonsari və Molla Xəlil Qəzvini kimi Azərbaycan alimlərinin mühüm xidmətləri olmuşdur.

Keywords


  1. Abdulla Nəsri. Quranda dünyaşünaslığın əsasları. Tərc: Nəsib Göyüşov. Bakı: 2003.
  2. Ali Ünal. Kuranda Temel Kavramlar. İstanbul: Beyan, 1986.
  3. Aydın Topaloğlu. Ateizm və Onun Tənqidi. Tərcümə edən: Mehman Musaoğlu. Ankara: Diyanət İşləri Başqanlığı Nəşrləri, 1999.
  4. Ayətullah Dəstğeyb. Böyük günahlar. Tərc: M. Əlizadə. Bakı: Dinin fəxri nəşriyyatı, 2000.
  5. Ayətullahül-üzma Məhəmməd Fazil Lənkərani. İzahlı şəriət məsələləri. Mütərcim: M. Əlizadə. Qum: II nəşri, tarixsiz.
  6. Cafer Sadık Yaran. Din ve Bilim Çağdaş Batı ve İslam Düşüncesinden Seçme Felsefi Yazılar. Samsun: Sidre Yayınları, 1997.
  7. Celal Kırca. Qurani-Kərimdə fənn bilimləri. İstanbul: 1989.
  8. Celal Yeniçeri. Uzay ayələrin təfsiri. İstanbul. 1995.
  9. Cəfər Sübhani. İlahiyyat elmləri və İslam maarifi. Tərc: Mirzə Rəsul İsmayılzadə. Qum: 1993.
  10. Cəfər Sübhani. İslamda əqidə əsasları. Tərc: E. Mustafayev. Bakı.
  11. Dini Terminlər Lüğəti. Bakı İslam Universiteti. Bakı: İpəkyolu, 2010.
  12. Diyanət İslam Ensiklopediyası (DİA), I cild (İstanbul: 1988), II cild (İstanbul: 1989), VI cild (İstanbul: 1992), XII cild (İstanbul: 1995), XVIII cild (Ankara: 2000).
  13. Əbu Davud Süleyman bin Əşəs. Sünəni-Əbi Davud. Dəməşq: Məktəbətu-İbn Həcər, 1424/2004.
  14. Əhməd bin Hüseyn əl-Beyhəqi. əs-Sünənül-kübra. Heydərabad. 1352 h/q.
  15. Əhməd bin Şüeyb ən-Nəsai. Sünəni-Nəsai. I nəşri, Məktəbətu-İbn Həcər, 1424/2004.
  16. Əhmədağa Əhmədov. Nikatül-Quran və Əsrarül-Quran. Bakı: Öyrətmən, 1994.
  17. əl-Bakuvi Mir Məhəmməd Kərim Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi. Kitabü-kəşfil-həqayiq ən nükətil-ayat vəd-dəqayiq. Təfsiri-Qurani-Şərif: 3 cilddə. Bakı: 1322 h/q.
  18. Əli bin Əbu Talib (ə). Nəhcül-bəlağə (tərcümə və şərh): Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev. İİR, Mədəniyyət mərkəzi, 2009.
  19. Əllamə Mirzə Məhəmməd Bağır əl-Xonsari. Rövzatül-cənnat fi əhvalil-üləma vəs-sadat. Qum: İsmailiyan çapı, tarixsiz.
  20. Əllamə Təbatəbai. İnsan dünyadan əvvəl. Tərc: Rövşən Abdullaoğlu. Bakı: II nəşri, 2013.
  21. Əllamə Təbatəbai. əl-Mizan təfsiri. Tərc: M. Yaqub, E. Mustafaoğlu. Bakı: 2014.
  22. Əllamə Təbatəbai. İnsan dünyadan sonra. Şərh və əlavələr: Rövşən Abdullaoğlu, Bakı: II nəşri, Qədim Qala nəşriyyatı, 2015.
  23. Əllamə Təbatəbai. Təfsirül-mizan. 20 cilddə. Müəssisə ələmi, I çap, 1997.
  24. Əllamə Təbatəbai. Vəhy və Quran. Tərc: Nurəddin Əliyev. Bakı: I çap, 2009.
  25. Fəxrəddin Razi. Məfatihül-qeyb. Beyrut: Darül-kütubil-elmiyyə, 1411/1990 və Türkiyə çapı.
  26. Fəzlurrəhman. Ana Konularıyla Kuran. Tərc: Alparslan Açıkgenç, Ankara: Okulu Yayınları, 1999 və Ankara: 2000.
  27. İbn Kəsir. Təfsirül-Quranil-əzim. Beyrut: Darül-mərifə, 1988.
  28. İbn Kəsir. Təfsirül-Quranil-əzim. Çevirən: Bekir Karlığa, Bedrettin Çetiner, İstanbul: Çağrı Yayınları, 1993.
  29. İbrahim Quliyev. Əllamə Məhəmməd Bağır Məclisinin “Biharül-ənvar” əsərində islam fəlsəfəsinin bəzi problemləri // “Dövlət və Din” ictimai fikir toplusu, iyul-avqust, 2011 № 4 (24), səh. 104-114.
  30. İbrahim Quliyev. Əllamə Məhəmməd Bağır Məclisinin “Biharül-ənvar” əsərində din-tibb münasibətləri // Bakı Dövlət Universiteti, İlahiyyat fakültəsi, Elmi məcmuə, № 17, iyun, 2012, səh. 169-186.
  31. İbrahim Quliyev. Əllamə Məhəmməd Bağır Məclisinin “Biharül-ənvar” əsərində din və təbiətşünaslıq problemləri // Orta Əsr Əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri XIII Respublika elmi konfransının materialları, Bakı: 24 may 2013, səh. 520-525.
  32. İbrahim Quliyev. Hədisi-şəriflərdə müqəddəs şəhərlərin tarixi. Bakı: Nurlar nəşriyyatı, 2012.
  33. İbrahim Quliyev. Hədisşünaslığın əsasları. Bakı: Elm nəşriyyatı, 2013.
  34. İbrahim Quliyev. Suallara cavablar (hədisi-şəriflər kontekstində). Bakı: Elm və Təhsil nəşriyyatı, 2016.
  35. İbrahin Quliyev. Əllamə Məhəmməd Bağır Məclisinin Azərbaycan ilahiyyatşünaslığında rolu və xidmətləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri III Beynəlxalq elmi konfransın materialları, 2-5 may, 2012-ci il, Bakı: Azərbaycan. AMEA Humanitar və İctimai elmlər bölməsi və Bakı Slavyan Universiteti, səh. 410-413.
  36. İlqar İsmayılzadə. Quran elmləri ensiklopediyası. Bakı: Beynəlxalq İslam Elmləri Akademiyası, I nəşri, 2006.
  37. İmam Zeynülabidin (ə). Səhifeyi-Səccadiyyə. Müəssisətu nəşril-İslami, Qum: 1404 h/q.
  38. İhyai-ulumiddin. Tərc: Ali Arslan, Merve Basım, Yayın Dağıtım. İstanbul: Çağaloğlu: 1993.
  39. Qurani-Kərim. Tərc: Z. Bünyadov, V. Məmmədəliyev. Bakı: Azərnəşr, 1991.
  40. Məhəmməd bin Həsən Hürr əl-Amili. Vəsailüş-şiə. Beyrut: Daru-ihyait-türasil-ərəbi, tarixsiz.
  41. Məhəmməd bin İsmayıl Buxari. Səhihül-Buxari. İstanbul: Darüt-təbaətil-amirə, 1401/1981.
  42. Məhəmməd bin Yaqub əl-Küleyni. Üsuli-kafi. Beyrut: I nəşri, 1429/2008.
  43. Məhəmməd bin Yaqub əl-Küleyni. Üsuli-kafi. Tərc: Rüfət Hümbətov. Bakı: 2011.
  44. Məhəmməd Reyşəhri. Mizanül-hikmət. Darül-hədis, I çap, 1422 h/q.
  45. Məhəmməd Reyşəhri. Mizanül-hikmət. Tərc: Mais Ağaverdiyev, Bakı, Zərdabi LTD, 2014.