Faculty of Islamic Studies, University of Islamic Studies, Al-Mustafa International Virtual University, Qom, Iran
Abstract
“Muxtarnamə” serialının yayımlanması bu cərəyanların nüfuzlu simalarının dəyərləndirilməsi yolu ilə hicri 60-cı illərin taleyüklü hadisələrini bir daha təhlil etmək və kökünü tapmaq, beləliklə gələcəyimizin enişli-yoxuşlu yolunda bəsirət çırağı yandırmaq üçün mübarək fürsət yaratdı. Muxtar və Meysəm Təmmar kimi şəxsiyyətlər Aşuradan sonra baş verən hadisələrdə şücaətli və nüfuzlu simalar olaraq tarixçilər tərəfindən həmişə təhlil edilib. Bu arada Meysəmin qiyamı Muxtarın qiyamından daha önəmli sayılır. Çünki o, heç kimin başını kəsməsə də, heç kimi öldürməsə də, Əməviləri rüsvay etdi. Meysəm və Muxtar hər ikisi Əhli-beyt (ələyhimussalam) aşiqi idi. Meysəm Təmmar fədakar müsəlman, vəfalı və ixlaslı bir şiə idi. Quran təfsirçisi və vilayət yolçusu olan Meysəm Təmmar yanmağın lazım olduğunu hiss edəndə pərvanə kimi yanırdı. Muxtar isə siyasətçi və cəsur bir sərkərdə idi, eyni zamanda Keys (zirək və zəkalı) ləqəbini də İmam Əlidən (ələyhissalam) müsbət rütbə olaraq almışdı. Lakin İmam Hüseynin (ələyhissalam) dövründə bu iki mücahidin yolu maraqlı və düşündürücü olmaqla yanaşı, həm də ibrətamizdir.