Quranda uşaq hüququ

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran

Abstract

İslam dininin ən başlıca mənbəyi Qurandır. O sonuncu və kamil dinin kitabı olaraq bəşəriyyətə, insanlığa lazım olan bütün sahələri özündə ehtiva edir. Bu mənada  insanlığın mühüm bir hissəsi olan uşaqlar, onların hüquq və vəzifələri, tərbiyə əsasları, təmin olunma hüquqları, təkamül mərhələləri, ailə qurmaq və cinsi tərbiyə və digər əhəmiyyətli məsələlər barədə Allahın insanlara yönəlmiş göstərişlərini Qurandan,  Onun sonuncu elçısı olan Həzrəti Peyğəmbərimizdən (s) və “ixtiyar sahibləri” olan Əhli-beytdən (ə) öyrənməyimiz ən düzgün yoldur.
Qurani-Kərimdə uşaqların hüquq və vəzifələri valideynlərə, həmçinin daha geniş auditoriyaya müfəssəl şəkildə çatdirilmaqdadır. Böyüklərin bir şox hüquqları olduğu kimi, uşaqların da özünəməxsus hüquqları vardır. Uşaq öz valideynləri və ya qəyyumları tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması, müdafiə olunmaq və digər hüquqlara malikdir. Həmçinin uşaq valideynləri, ailə üzvləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya valideynlərin  ayrı yaşamağı uşağın hüquqlarına təsir etməməlidir.
Bu və ya digər mühüm tərbiyəvi məsələlər islam qaynaqlarının əsası olan Qurani-Kərimdə yer almış, uşaqlar üçün hüquqlar təyin edilmiş və onlara riayət olunması təkidlə vurğulanmışdır.
 

Keywords


  1. Məhəmməd Məhəmmədi Reyşəri, “Ömrün meyvəsi”, Ələm nəşriyyatı, 2014-cü il.
  2. Ayətullah-üzma Musəvi Ərdəbilinin nəzəri əsasında, “Qadınlar bilməlidir”, tərtib edən Nasir Mukarian, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafıya Mərkəzi, 2017-ci il.
  3. Ayətullah Məkarim Şirazinin rəhbərliyi ilə bir qrup alimin əsəri, “Nümunə təfsiri”, “Dinin fəxri” nəşriyyatı, 2002-ci il.
  4. Möhsün Qiraəti, “Nur” təfsiri, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2014-cü il.
  5. Fəqih Mühəddis Məhəmməd ibn Əl-Həsən Əl-Hürr Əl-Amulinin əsəri, “Vəsailuş-şiə”, “Alul-beyt müəssisəsi”nin araşdırması, 30 cilddə
  6. Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbai, “Əl-Mizan Qurani Kərimin təfsiri”, Bakı, “Qələm” nəşriyyatı, 2010-cu il.
  7. Qurani Kərim. Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli, Bakı, 2008-ci il.
  8. Möhsün Qiraəti. Dinimi öyrənirəm. Bakı, “Zərdabi LTD” MMC, 2019-cu il.
  9. Əbdülhəkim Süleymani. İslamda insan haqları. Əl-Mustafa Virtual Universitetinin magistratura pilləsi üçün dərslik.