İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
İslam dinc və sülhsevər din olaraq insanları xeyirxah işlər və yaxşı əməllər görməyə çağırır. İslamı ümumbəşəri din edən xüsusiyyətlərdən biri də onun Peyğəmbərinin(s) bütün aləmlərə, bütün bəşəriyyətə mərhəmət olaraq göndərilməsidir. Qurani-Kərimdə Muhəmməd(s) Peyğəmbərin bəşəriyyətə mərhəmət olaraq göndərildiyi və peyğəmbərlərin sonuncusu olduğu bildirilir. İslam demokratiya, hüquq, ədalət, bərabərlik və azadlıq ideyalarını tərənnüm etmiş, din, vicdan, inanc və əqidə məsələlərində müsəlmanlarla qeyri-müsəlmanlar arasında bərabərliyin təminatçısı olmuşdur. İslam əxlaqı sistemi elə həyat tərzi təbliğ edir ki, müsəlmanı yaxşılıq etməyə və pislikdən çəkindirməyə çalışsın.