Qurani-Kərimdə peyğəmbərə (s) və Əhli-beytə (ə) təqlid (Əllamə Təba-təbainin əl-Mizan təfsirinə istinadla

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran

Abstract

Təqlid və itaət mahiyyətcə eynilik təşkil edir, ona görə Qurani -Kərimdə itaət barəsində gələn ayələrə təqlid məsləsi kimi baxa bilərik. Qurani –Kərimdə isə islam Peyğəmbərinə (s) və həmçinin başqa digər peyğəmbərlərə (ə) itaət   mövzusunda ayələr olduqca çoxdur. Araşdırma apararkən bu ayələrdən hansının əhkami, hansının vilayət məsələsi və hansı ayələrin sadəcə islam maarifində təqlid olduğunu müəyyən etmək bizim mövzunun əhatə dairəsini təşkil edir. Ona görə Əhli –beytə (ə) təqlidimizin bəlli olması üçün bu ayələr müzakirə olunmalı və onların təfsirlərinə qisməndə olsa nəzər yetirilməlidir. Qurani-Kərimi təlavət edirkən biz bir çox ayələrdə itaət sözünə  rast gəlirik və bu itaət kəlməsi həm müsbət və həm mənfi mənada işədilir. Həm itaət və həmdə təqlid mahiyət etibarı ilə özündə tabeçilik mövhumunu daşıdığından, itaətə dair ayələrə biz eyni zamanda təqlid kimi də baxa bilərik. Bu araşdırmaları aparmamışdan öncə, Peyğəmbər və Əhli –beytə (ə) olan təqlidə belə bir tərif verə bilərik:  Peyğəmbərə (s) və Əhli –beytə (ə) təqlid - Allah –təalaya itaət, Peyğəmbər (s) və Əhli –beyt İmamlarına tabe olmaq, bütün məsələlərdə onlara etibar etməklə onların arxasınca getmək və onları rəhbər və nümunə olaraq götürməyə deyilir.ə

Keywords


  1.  

    1. Qurani –Kərim (ərəbcə)
    2. Qurani –Kərim (ərəbcə və tərcüməsi) mütərcim: Rəsul İsmayılzadə Duzal, nəşriyyat: “Qurani-Kərimi bütün dillərə tərcümə mərkəzi” 2000-ci il.
    3. Ayətullahul –uzma Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbai , “Əl-Mizan Qurani-Kərimin təfsiri” Bakı şəh. “Qələm” nəşriyyatı, 2011-ci il.
    4. Əbəqatul-ənvarın xülasəsi, Hüseyn əl-Hindi, “Müəssəsətul-bəsə”, 1390 hicri-qəməri, ikinci çap.
    5. Əl-Kafi, Məhəmməd ibnYəqub Kuleyni Razi, tədqiq: Əli Əkbər Qəffari, Beyrut, Darüs-səb və Darüt-təarüf, 1401 hicri-qəməri, dördüncü çap.
    6. Müsnədi ibn Hənbəl, Əhməd ibn Məhəmməd Şeybani (İbn Hənbəl), tədqiq: Abdullah Məhəmməd Dərviş, Beyrut, Darül-fikr, 1414 hicri-qəməri, ikinci çap.
    7. Ayətullahul –uzma Məkarim Şirazi , “Təfsiri – Nümunə”, Ayətullahul –uzma Məkarim Şirazi, Dinin fəxri nəşriyyatı, mütərcim: Rza Şükürov, Bakı şəh. 2002 -ci il.