İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
Müasir dövrdə aparılan geniş mədəni-maariflənmə işlərinə baxmayaraq, hələ də qadın, eləcə də kişinin hüquq və məsuliyyətləri düzgün və aydın şəkildə açıqlanmamışdır. Bunun başlıca səbəbi kimi bəşəriyyətin düçar olduğu və bu vaxta qədər öz həllini tapmamış bir sıra problemlər, o cümlədən, qadın-kişi münasibətlərinin hüdudlarının müəyyənləşdirilməməsi, psixoloji problemlər, təcavüzkarlıqlar və s. hesab oluna bilər. Uzun illər boyu Avropa və Amerika ictimaiyyətində qadınların təbii hüquqları tapdalanmış, bunun ardınca isə onları “qadınlara dəyər və azadlıq vermək” adı altında heç bir çərçivəyə sığmayan cinsi münasibətlərə sövq etdirmişlər. Əziz İslam Peyğəmbəri (s. ə. s) qızı Fatimeyi-Zəhranın (s. ə) əllərindən öpürdü. Əsla bunu duyğulardan irəli gələn bir hərəkət kimi dəyərləndirməyin. Xanım Fatimeyi-Zəhra (s .ə) kamil bir insan olduğu üçün o Həzrət (s. ə. s) ona belə ehtiram göstərir. İslamda qadının dəyəri onun mənəvi yüksəlişi və kamilliyi ilə ölçülür. Məhz bu səbəbdən, qadınların ictimai məsuliyyətləri və elmi tərəqqisi də bu istiqamətdə olmalıdır.