İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
Evlilik cahanşümul bir nəsnədir; bütün zamanlarda, bütün məkanlarda bir formasına rast gəlmək olur. Bu cahanşümul olmaq xüsusiyyəti evliliyin insanların fərdi və ictimai həyatındakı nə qədər önəmli rol oynadığından xəbər verir. Evlilik və ailə təşkili fitri, ilahi bir ənənədir.[1] Hansı ki, bütün dinlərdə xüsusi müqəddəslik daşıyır. Evlilik insanlıq əlaqələrinin təməlini, əsasını təşkil edir. Ailə təşkili çox vaxt kişilər və qadınlar üçün ağır məsuliyyətlər və vəzifələr gətirir, ailə quranlar da evliliyin gətirdiyi ağır vəzifələr haqqında yetərincə məlumatlıdırlar.
Fəthi Aştiyani, Əli və Xudabəxş Əhmədi (2004), Tələbələr arasında uğurlu və uğursuz evliliklərin araşdırılması, Daneşvəri-rəftar jurnalı, 11-ci il, №7.
Hürr Amuli, Məhəmməd ibn Həsən (1991), Vəsail əş-şiə, Əbdürrəhman Rəbbani