İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
Bir qadın ailə qurmaq istədiyi insanın ilk öncə ailəsinə, haradan gəldiyinə, nə işlə məşğul olduğuna, hansı yolla dolanışığını təmin etdiyinə, dini inancına , danışıq tərzinə və davranışına diqqət yetirməli, əgər normal dəyərlərə malik olarsa ailə qurmalıdır. Kor-koranə yalnız duyğularına aldanıb araşdırmadan, xasiyyət və əxlaqına yaxşı bdüşələd olmadan biri ilə ailə qurmaq məyusluğa, peşmançılığa və əxlaqi normalara cavab verməyən nəslin artırılmasına gətirib çıxarır. Dünyaya bir övlad gətirməyə hazırlaşan qadın, qidalanmasından tutmuş, həyat tərzinə kimi hər şeyə diqqət yetirməlidir. Necə deyərlər, südü halal olanın özü də harama əl uzatmaz. Yəni bir bağa əkilən toxum pak və halal olarsa, verəcəyi məhsul da keyfiyyətli və dəyərli olar. Halal qidalanan, ibadətini vaxtında və düzgün yerinə yetirən, səbrlə və şükür edərək hamiləliliyini başa çatdıran ana namizədi mütləq gözəl, əxlaqlı və sağlam övlada sahib olacaq. Əlbəttə, bütün bunlarla yanaşı bir az öncə qeyd etdiyim kimi genetik faktorların da təsiri böyükdür. Lakin, Allah mərhəmətli, hər şeyi bilən, hər gözəl əməli dəyərləndirən, qüdrət sahibidir. O, ol desə hər şey olur.