İslamda sülh və əminamanlıq

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran

Abstract

Qurani-Kərim Allah-Taalanı yenilməz qüvvət sahibi bildirib deyir ki, yaxşı və xoşbəxt həyata can atan insan imandan üz döndərməklə, uğurlara və səadətə aparan yoldan və bütün bu faydalardan üz çevirmiş olur. Hər birimiz özü üçün indi nəyin vacib olduğunu müəyyənləşdirməli və gələcəkdə də nə qədər əhəmiyyətli olacağını fikirləşməlidir. Əgər insan qanuni üsullarla səadət yolunu seçibsə, bu işdə Allah-Taala ona kömək edər və o, qəlbində xoşbəxtlik və əminamanlıq tapar. Allah-Taala insanı həm yoxsulluq, həm də zənginliklə sınağa çəkə bilər və bu sınaqlardan hansının insana daha çətin olduğunu yalnız O bilir. Yalnız mömin insana Uca Yaradan yenilməz qüvvət verər və bu həyatda məruz qaldığı imtahana görə və Allah-Taaladan aldığı hər bir şey üçün Allaha şükür edər.
İslam dinc və sülhsevər din olaraq insanları xeyirxah işlər və yaxşı əməllər görməyə çağırır.

Keywords


  1. "Qurani-Kərim"-A. Mehdiyevin tərcüməsi Bakı 2009
  2. Şeyx Əhməd Nəraqi "Meracus-Səadə" (sədət zirvəsində) Baki 2012
  3. Ayətullah Seyyid Əbdülhüseyn Dəstğeyb "Böyük günahlar" 1-ci cild Dinin fəxri nəşriyyatı 2000
  4. Ayətullah Cavad Amoli"İnsanın dindən intizarı" M.O.U
  5. Əıiəkbər Babazadə "İslamda evlənmə və ailə hüququ"
  6. Məhəmmədi Reyşəhri "Mizanul-hikmət"(xülasəsi) Bakı 2009
  7. Əllamə Misbah Yəzdi "Quranda əxlaq" Bakı 2011
  8. Əbdülhəkim Süleymani "İslamda insan haqlari" M.O.U