İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
Bəşər tərəqqiyə çatmasına, müxtəlif elm və texnikalara yiyələnməsinə rəğmən, insanın fitrətindən doğan şəxsiyyətə təzim meylinin daimiliyi danılmaz bir həqiqətdir. Bəşərin təzim və ehtirama layiq bildiyi varlıq və şəxsiyyət, fərqli formalarda pərəstiş olunan həmin Allahdır. Biz müsəlmanların Quranı diqqətdə saxlaması, əslində düzgün Allahı tanıma yollarına yönəlmək, digər tərəfdən şirk və nadanlıqdan uzaqlaşmaqdır. Qurana əhəmiyyət vermək və onu öyrənmək fironsayağı, allahvari yaşamı inkar etməkdir. Şübhəsiz, Quranda dəfələrlə işarə olunan ən önəmli mövzulardan biri tövhiddir. Tövhidi bilmək, əslində Allah yolunda olmaqdır. Quranla ünsiyyət və onu öyrənməyimiz, həqiqətdə özümüzü ilahi yolda qərarlaşdırmaqdır. Quranı öyrənməyin ən mühüm hədəfi, şübhəsiz elə budur. Quranın təfəkkür və idraka hədsiz diqqəti və idrak vasitəsilə insanın təkamülü nazil olmanın başlıca məqsədlərindəndir. Ona görə də biz hər keçən gün Qurandan möhkəm yapışmalı və allahçı olmağın yollarını zikr əhlindən – “Zikir əhlindən soruşun!” – soruşmalıyıq. Bəlkə bununla hər keçən gün Quranın göstərişlərinə, tərbiyə prinsiplərinə əməl etməkdə səy göstərək.