Fəlsəfə ilə ümumi tanışlıq

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran

Abstract

İslam dininin zühur etdiyi gündən müsəlmanlar arasında fəlsəfi fikirlər mövcud olmuşdur. Belə ki, «Qur’ani-Kərim» öz İlahi də’vətində insanları əqli nəticələr vasitəsilə metafizikaya, Allaha, mələklərə və Axirət gününə inam bəsləməyə səsləyirdi. Lakin fəlsəfə müsəlmanlar arasında xüsusi bir elm şəklində VIII əsrdən e’tibarən geniş yayılmağa başladı. Bu bir tərəfdən müsəlmanların sıralarında ilahiyyat məsələləri ilə bağlı ciddi ixtilafların baş qaldırdığı, digər tərəfdən isə Abbasi xəlifələrinin yunan, hind və iran fəlsəfə kitablarını ərəb dilinə tərcümə etdirib, geniş yaydıqları zamana təsadüf edir. Hələ ilkin mərhələlərdən başlayaraq, İslam alimləri bütün əqli elmləri fəlsəfə kimi tanıyırdılar. Onlar tarix, ədəbiyyat, dilçilik, təfsir, hədis, üsul və fiqh kimi nəqli elmləri çıxmaq şərti ilə ilahiyyat, cəbr, həndəsə, astronomiya və musiqi kimi bütün əqli elmləri fəlsəfənin tərkib hissəsi hesab etmişlər.

Keywords


  1. Səidi Mehr, İslam kəlam elmi (1), 2001
  2. Səidi Mehr, İslam kəlam elmi (2), 2001
  3. Misbah Yəzdi, İsalm Əqidə prinsipləri (1) 2003
  4. Misbah Yəzdi, İsalm Əqidə prinsipləri (2) 2003
  5. Muutəhhəri, Murtəza, İslam elmlərilə tanışlıq, 2001