İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
İzdivac, ailə qurmaq, nəsil artırmaq heyvan, bitki və cansızlarda təkvini qanunlar, qərizələrin düzgün yönəldilməsi ilə baş verir. Lakin insanlar bu həyati məsələni dini qanunlarda, Quranda, peyğəmbər və imamların buyruqlarında göstərilən qayda-qanunlar əsasında həyata keçirilməlidirlər. Bu həqiqətin ilk mayası qərizə, meyl, dostluq, eşq və mehribanlıq şəklində, Allah-təalanın iradəsi ilə bərpa edilmişdir. Eyni zamanda uşaq dünyaya gətirmək və onun tərbiyəsi olduqca mühüm və məsuliyyətli vəzifədir. Çünki, uşaqlarımızın düzgün tərbiyəsi, sağlam gələcəyimizin təzminatıdır. Məhz böyüklərin verdiyi tərbiyə, uşağın şəxsiyyətinin formalaşmasında və cəmiyyətə yararlı, faydalı, istedadlı, savadlı, gözəl əxlaqlı insan kimi təqdim olunmasında əsaslı rol oynayır.