İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
Qədim dinlər sahədə araşdırma aparan tədqiqatçıların nəzərincə din barəsində mövcud olan ilk nümunələr təbiətə sitayişlə bağlıdır. Dünyanın ən ucqar yerlərində və ən uzaq bölgələrində ibtidai formada yaşayan insanlar arasında bu əqidəyə olan bağlılıqlar hələ də mövcuddur. Təbiətə sitayiş əqidəsində təbətin gücünü ram etməkdən ötrü ilk olaraq həmin qüvvəyə ibadət etmək və onlardan ehsan etmələrini istəmək lazımdır. Hal-hazırda mövcud olan və ibtidai formada yaşayan insanlar arasında müxtəlif dini mərasimlər mövcuddur. Bu mərasimlərdə qəribə geyimlər geyilir, maskalar taxılır və ritmik hərəkətlər nümayiş etdirilməyə başlanılır. Eləcə də, həmin mərasimlərdə təbiət qüvvələrindən kömək istənilir. Buludlardan yağış yağması, çaylardan tüğyan qoparmadan onların susuzluqlarını yatırtması, torpaqdan yaşıllaşma, tarla və ağaclardan daha yaxşı və daha çox məhsul vermələri və sair şeylər istənilir.