Məntiq elmi ilə tanışlıq

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran

Abstract

Məntiq – zehnin təfəkkür zamanı yanlışlıqdan qo­run­ma­sı üçün tətbiq etdiyi (fitri və öz-özlüyündə) ümumi qaydalar top­­lusundan ibarət bir elmdir. Lakin Məntiq elminin qanunları kağız üzərində yazılmamışdan əv­vəl də insan düşünür, əşyalar və hadisələr arasında mü­qa­yi­sə­lər aparır, qarşılaşdığı məchulları həll etməyə çalışırdı. Çünki insan fərdi, ailəvi və ictimai həyatını tənzimləməsi üçün ağıllı, düşünən və təhlil edən bir varlıq olaraq ya­radıl­mışdır. İnsan yarandığı zamandan istər özündə mövcud olan hal­lar üzərində, istərsə də ətraf aləmdə baş verən hadisələrlə bağ­lı düşünmüş, öz ibtidai dərkinə uyğun icmali şəkildə əqli nəticələr əldə etmişdir. İnsan yaradılış etibarilə düşünən və t­ə­fə­k­kür edən varlıqdır. Buna əsasən, demək olar ki, mə­n­ti­qin həqiqi tarixi bəşər tarixi ilə eynidir. Amma, demək olar ki, bu elmin şifahi ya­ra­dıcısı Yunan filosofları Pifaqor[1], Sokrat və s. olmuşdur. Hətta onlardan ön­cə də insanlar məntiqi qanunlardan istifadə edirdilər.
 
[1] Qədim yunan teisti (ilahiyyatçısı), riyaziyyatçısı və filosofudur.

Keywords


  1. Məntiq, Rauf İmranoğlu (Əsas qaynaq)
  2. Məntiqi-Müzəffər, Qum, Əl-hikmət, 1380
  3. Biharül-ənvar, Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi (Əllamə Məclisi), Beyrut, Vəfa müəssisəsi, 1403
  4. Məntiqi-Müntəziri Müqəddəm, Qum, 1393