Nəhcülbəlağədə əmanətdarlıq

Document Type : Original Research Paper

Author

İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran

Abstract

Əmanətə xəyanət mənfi əxlaqi keyfiyyətlərdən və rəzilliklərdən biridir və bu, dini təlimlərdə şiddətli şəkildə məzəmmət olunmuşdur. Şübhəsiz, bir qrupun və cəmiyyətin fərdləri arasındakı qarşılıqlı etimad bir yerdə yaşamağın ən mühüm əsaslarındandır. Quranda və məsumların (ə) hədislərində əmanətin dəyəri və əhəmiyyəti, ona riayət olunmasına göstərişlər hamıya aşkardır. Burada əmanət geniş mənadadır. Hətta İslam nəzərindən müdiriyyət vəzifəsi müdirə tapşırılan əmanətdir və o, ixtiyarında əmanət olan bu məqamı ciddi şəkildə nəzarətdə saxlamalıdır və müdiriyyətə, məsuliyyətə onun qayda-qanunlarına uyğun olaraq əmanətdar olmalıdır.

Keywords