İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
Abstract
Şiə məzhəbli firqələrdən biri də İsmailiyyə məzhəbidir. İsmailiyyə istər e᾿tiqadi, istərsə də tarixi baxımdan islam dünyasında böyük əhəmiyyət kəsb etmiş, öz mövqeyini qoruyub saxlayaraq bu günkü günədək davam gətirə bilmişdir. Bu məzhəb hal-hazırda islam dünyasının bir çox ölkələrində müstəqil firqə şəklində fəaliyyət göstərir, istər cəmiyyət, istərsə də müsəlman alimlərinin arasında xüsusi yer tutur. Bu cərəyan şiələrin altıncı imamı Cə᾿fər ibni Məhəmməd Sadiq şəhid olduqdan sonra qısa bir müddət ərzində meydana gəlmişdir. İsmailiyyə digər firqələrdən fərqli olaraq, imam Sadiqin (ə) böyük oğlu İsmaili imam kimi qəbul edir.